Azərbaycanda sənaye istehsalı 2% artıbbackend

Azərbaycanda sənaye istehsalı 2% artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sənaye məhsulunun 59,9%-i mədənçıxarma, 29,2%-i emal, 9,9%-i elektrik
enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,0%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində istehsal olunub.

Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 72,8%-ni təşkil edib, ümumi istehsalın 88,1%-i sənaye mallarının (əmtəələrin) istehsalı, 11,9%-i isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.

İstehsal edilmiş sənaye məhsullarının böyük əksəriyyəti istehlakçılara göndərilib, bununla yanaşı, cari ilin fevral ayında sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatları 21,1 mln. manat artaraq mart ayının əvvəlinə 312,8 mln. manat təşkil edib. Ehtiyatların 71,2%-i Bakı, 7,0%-i Sumqayıt, 2,1%-i Gəncə, 1,1%-i Şirvan və 0,3%-i Mingəçevir şəhərlərinin, qalan hissəsi isə digər rayonların sənaye müəssisələrinin anbarlarında qalıb. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 15,2 mln. manat məbləğində digər mallar da mövcud olub.

İnterpress.az