Nazirdən qiymət artımı açıqlamasıbackend

Nazirdən qiymət artımı açıqlaması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, Xətai rayonunda \”Bakı\” kinoteatrının, Binəqədi rayonunda “Elite” Ticarət Mərkəzinin və Yasamal rayonunda \”İran klinikası\”nın yaxınlığındakı yeni açılmış kənd təsərrüfatı məhsullarının satış yarmarkalarına baş çəkən H. Əsədov mövcud vəziyyətlə tanış olub.

H. Əsədov bildirib ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə qiymətlərdə heç bir artım yoxdur: “Sadəcə, bazarda təklifi artırmaqla, tələbi daha dolğun ödəməklə qiymətlərin aşağı salınmasına nail olmuşuq. Daha doğrusu, qiymətlər avtomatik surətdə dediyimiz qanuna uyğun olaraq formalaşıb. Hesab edirəm ki, əhali heç bir çətinlik çəkmədən bu qiymətlərlə öz bazarlığını edəcək”.

H. Əsədov Sumqayıtda da satış yarmarkalarının təşkil olunacağını açıqlayıb.

Qeyd edək ki, Bakıda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları Novruz bayramı ilə əlaqədar keçirilir.

İnterpress.az