“Dağlıq Qarabağda silahlı qüvvə mövcuddur”- HESABATbackend

“Dağlıq Qarabağda silahlı qüvvə mövcuddur”- HESABAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hesabatda 2005-2009-cu illərlə müqayisədə 2010-2014-cü illərdə silah ixracatının 16 faiz artdığı qeyd edilib.

Dünyada əsas silah ixracatçıları ABŞ, Rusiya, Çin, Almaniya və Fransadır.

Dünyadakı silah satışının 74 faizi bu ölkələrin payına düşür.

ABŞ və Rusiyanın silah ticarətində payı 58 faizdir.

Hesabatda qeyd olunur ki, ABŞ 94 ölkəyə silah satır.

Hesabatın silah idxalı bağlı bölümündə Azərbaycanın da adı çəkilir.

Qeyd edilir ki, Azərbaycan Ermənistanla münaqişəsi olan ölkədir və 2014-cü ildə bu münaqişədə gərginlik artıb. Azərbaycan 2005-2009-cu illərlə müqayisədə 2010-2014-cü illərdə silah idxalını 249 faiz artırıb. Avropa ölkələri arasında silah idxalına görə Azərbaycan Böyük Britaniyadan sonra ikinci yerdədir. Silah idxalının 14 faizi Böyük Britaniyanın, 13 faizi Azərbaycanın payına düşür. Azərbaycan silahın 85 faizini Rusiyadan idxal edir. Ermənistanın silah idxalı Azərbaycanının silah idxalının yalnız 4 faizi həcmindədir.

Hesabatda vurğulanır ki, Dağlıq Qarabağda de-fakto silahlı qüvvə mövcuddur, lakin onların silahı haradan və nə zaman aldıqları aydın deyil.

Ermənistanın bu silahların bir hissəsini tədarük etməsi ehtimalı da yüksəkdir.

İnterpress.az