Jurnalistlər üçün təlim keçirilibbackend

Jurnalistlər üçün təlim keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təşkilatdan İnterpress.az-a verilən məlumata görə, “Azərbaycanın vergi qanunvericiliyi və onun tətbiqi məsələləri” mövzusunda keçirilən təlimdə müxtəlif KİV-lərdə çalışan 20 jurnalist iştirak edib. Treninqi ekspert, Vəkillər Kollegiyasının üzvü, IJS Hüquq Firmasının İdarəedici Partnyoru Əkrəm Həsənov aparıb.
Seminar-treninqdə jurnalistlər – vergi qanunvericiliyinin əsasları və prinsipləri; dövlət və bələdiyyə vergiləri; vergi orqanları və onların fəaliyyəti; əhalidən (fiziki şəxslərdən) vergilərin tutulması; gəlir vergisi və s. haqqında ətraflı məlumatlandırılıblar. Təlimdə geniş müzakirələr aparılıb, jurnalistlərin sualları ekspert tərəfindən cavablandırılıb.

Toplantıda həmçinin ötən seminardan sonra jurnalistlər arasında keçirilən müsabiqənin nəticələri elan edilib.

Layihənin rəhbəri Thomas Herrmann bildirib ki, “Sığorta qanunvericiliyin tətbiqindən irəli gələn aktual məsələlər və onların həlli” mövzusunda keçirilən müsabiqəyə müxtəlif KİV-lərdə işıqlandırılan 18 məqalə təqdim olunub. Məqalələr müstəqil ekspertlərdən təşkil olunmuş münsiflər heyəti tərəfindən 100 ballıq sistemlə qiymətləndirilib və üç məqalə müəllifi mükafatlandırılıb.
1-ci yer – Aynur Elgünəş (“Düyünə düşmüş tibbi sığorta”. Var.az saytı. 25.12.2014)
2-ci yer – Xalid Kazımov (“İcbari sığorta:almaq var, vermək yox!”. “Üç nöqtə” qəzeti. 29.12.2014)
3-cü yer – Fərman Nəbiyev (“Pulu hara yatırmalı: banka yoxsa sığortaya? “Mingəçevir işıqları” qəzeti. 29.12.2014)

Mükafat və sertifikatlar layihənin rəhbəri Thomas Herrmann tərəfindən jurnalistlərə təqdim olunub.

İki gün davam edən seminarın sonunda jurnalistlər növbəti dəfə hansı sahə üzrə təlim almaq istədiklərini proqram təşkilatçılarının diqqətinə çatdırıblar.
Layihə təşkilatçıları bildiriblər ki, aprel ayında jurnalistlər arasında “Azərbaycanın vergi qanunvericiliyi və onun tətbiqi məsələləri” mövzusunda növbəti yazı müsabiqəsi keçiriləcək.

İnterpress.az