Bu səbəbdən ABŞ pasport və viza işləmələrində, habelə elektron yazışmalarda ləngimələr ola bilər”.
Bu barədə məlumat ABŞ-ın Azərbaycandakı səfirliyinin “facebook” səhifəsində verilib.
Məlumatda qeyd olunur ki, ABŞ vətəndaşlarının elektron sorğularına cavablandırmada da gecikmələr ola bilər. Növbədənkənar yardım üçün ABŞ vətəndaşları öz səfirlik və konsulluqları ilə telefon əlaqəsi saxlamalıdırlar.
Bundan əlavə, müsahibəsi bu həftəyə təyin edilmiş tələbə və ya müdabilə proqramları vizası üçün müraciət edən ərizəçilər özləri ilə SEVİS ödəməsi haqqında arayış gətirməlidilər.
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi də vizaların verilməsində gecikmələrin ola biləcəyi barədə məlumat verib.
Məlumatda qeyd olunub ki, 20-27 mart tarixlərində Azərbaycanda Novruz bayramı səbəbindən ərizəçilər Bakı və İstanbul arasında kuryer xidmətində müəyyən gecikmələrlə üzləşə bilər. Bu müddət ərzində təcili viza üçün müraciət edənlərin ərizələri İstanbula çatdığı andan prioritet hesab ediləcək. Lakin bu şəxslərin də ərizələrinin işlənmə vaxtına zəmanət verilmir.
İnterpress.az