Bakı şəhər İcra Hakimiyyəti bu barədə sürücülərə xəbərdarlıq edib.
Xəbərdarlıqda deyilir Konstitusiya Məhkəməsinin və Qoşa Qala qapısının qarşısında, Gənclər meydanında İlaxır çərşənbə günü münasibətilə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunacaq bayram konsertinin keçirilməsi ilə bağlı İstiqlaliyyət küçəsi və Azərbaycan prospektinin kəsişdiyi yerdən Əziz Əliyev küçəsi istiqamətinə gedən yol bu gün gecə saatlarına qədər bağlı olacaq.
İH-dən verilən məlumata görə, xalqımızın milli adət-ənənələrinə uyğun olaraq, baharın gəlişi – Novruz bayramı ilə əlaqədar İlaxır çərşənbə münasibətilə martın 17-də saat 11.00-da Azneft meydanından dəvələrdən ibarət karvanla Suraxanı rayonu Atəşgah məbədinə hərəkət edəcək. Milli geyimli oğlan və qızlar musiqi sədaları altında Novruz personajlarının iştirakı ilə gətirdikləri odla saat 19.00-da Qoşa Qala qapısının qarşısındakı Gənclik meydanında tonqal yandırılacaq.
İlaxır çərşənbə münasibətilə incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq təşkil ediləcək.
Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşları konsertə və atəşfəşanlığa dəvət edir.
Bayramınız mübarək olsun !
İnterpress.az