Nikahdan əvvəl müayinə ediləcək xəstəliklərin SİYAHISIbackend

Nikahdan əvvəl müayinə ediləcək xəstəliklərin SİYAHISI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Tibbi Yardımın təşkili şöbəsinin müdir müavini Səkinə Qurbanova deyib.

S. Qurbanovanın sözlərinə görə, tibbi arayış cütlüklərin nikaha daxil olmaq üçün müraciətlərindən sonra 2 həftə ərzində veriləcək: “Müraciət olunandan 2 həftə ərzində müayinə aparılmalı və tibbi arayış nikaha daxil olmaq istəyən şəxslərə təqdim olunmalıdır. Cütlüklər həkim müayinəsindən yerində keçəcəklər. Səhiyyə Nazirliyi tərəfindən tibbi arayışın verilmə müddəti 2 həftə, tibbi arayışın etibarlılıq müddəti isə 1 ay müəyyən olunub. Yenə deyirəm hər şey Nazirlər Kabinetinin qərarından asılı olacaq”.

S. Qurbanova hemofiliya, talassemiya və bəzi yoluxucu xəstəliklərin analizlərinin mərkəzləşdirilmiş şəkildə Bakı şəhərində aparılacağını da qeyd edib: “Məsələn, talassemiyanın daşıyıcılığını yoxlamaq üçün ən azı 2 həftə müddət lazımdır ki, analizin cavabını verək”.

Qeyd edək ki, 2014-cü ilin dekabrında prezident İlham Əliyev Ailə Məcəlləsinə dəyişikliklər edilməsi haqda qanunu təsdiqlədikdən sonra nikahdan əvvəl tibbi arayışın tələb olunması qanuniləşib. Qanun bu il iyunun 1-dən qüvvəyə minəcək.

İnterpress.az