İntiqam Əliyevin vəsatəti təmin edilibbackend

İntiqam Əliyevin vəsatəti təmin edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prosesdə İntiqam Əliyev çıxış edib. O, məhkəmə iclasına sədrlik edən hakim Rasim Sadıqova etirazla bağlı vəsatət verib. Digər hakimlər Əfqan Hacıyev və Fikrət Qəribov vəsatəti təmin etməyiblər.

Daha sonra İ. Əliyevin vəkilləri çıxış ediblər. Onlar iş üzrə sənədlərin prokurorluq orqanından onlara qaytarılması barədə vəsatət veriblər. Məhkəmə vəsatəti təmin edib.

Məhkəmə prosesi martın 31-də davam edəcək.

Qeyd edək ki, İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) , 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinir.

İnterpress.az