Ermənistan İctimai Televiziyası mətbuat xidmətinin məlumatına görə, Ermənistan iştirakçıları tərəfindən təqdim ediləcək mahnı “Face The Shadow” adlanacaq.
Bu günədək mahnı “Don’t deny” (“Danma”) adlanırdı.
Bir neçə gün ərzində mahnının “Don’t deny” adı ilə Youtube İnternet şəbəkəsində yayılmış rəsmi klipinə 500 mindən çox istifadəçi tamaşa edib.
Mahnının adının dəyişməsinin məqsədi “siyasi spekulyasiyalara yol verməmək, eləcə də sülh, məhəbbət və birlik ideyasını gücləndirməkdir”.
Ermənistanı bu il “Eurovision” müsabiqəsində “Genealogy” qrupu təmsil edəcək.
İnterpress.az