Qorxdu və körpəsini 50 il bətnində gəzdirdibackend

Qorxdu və körpəsini 50 il bətnində gəzdirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, 1955-ci ildə doğuş üçün xəstəxanaya aparılan qadın əməliyyat otağında başqa bir qadının ağır vəziyyətdə olduğunu görərək qorxub. Buna görə də uşağını dünyaya gətirməkdən imtina edib və evə qayıdıb.

Uşağın “yatan körpə” olduğunu düşünən qadın illər boyu bu vəziyyətdə yaşayıb. Mərakeş inancına görə, körpələr analarının şərəfini qorumaq üçün bətndə yatmış halda yaşayırlar.

75 yaşına çatan qadın yenidən dəhşətli ağrı ilə xəstəxanaya aparılıb. Həkimlər uşağın hələ də ana bətnində olduğunu müəyyənləşdirib. Məsələnin ilginc tərəfi odur ki, qadının orqanizmi körpəni bir orqan kimi qəbul edərək öz funksiyalarını davam etdirib.

5 saat davam edən əməliyyat nəticəsində daşlaşan körpə bətndən çıxarılıb.

Qeyd edək ki, dünyada bunabənzər cəmi 280 hadisə qeydə alınıb.

İnterpress.az