Əfv sərəncamına əsasən 6 qadın azadlığa buraxılıbbackend

Əfv sərəncamına əsasən 6 qadın azadlığa buraxılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfv sərəncamına əsasən, bu müəssisədə cəza çəkən 6 qadın azadlığa buraxılıb.

Penitensiar Xidmətin rəis müavini səlahiyyətlərini icra edən Rafiq Ramazanov tədbirdə bildirib ki, Azərbaycan müstəqillik əldə edəndən indiyə kimi 59 əfv sərəncamı imzalanıb, nəticədə 6126 nəfər təyin olunan cəzalardan azad olunub.

Qeyd edək ki, sərəncam ümumilikdə 101 nəfərə şamil edilib. Əfv olunanlar arasında 2 Gürcüstan vətəndaşı da var.

Sərəncama uyğun olaraq, 90 nəfər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 90 nəfər cəzanın çəkilməmiş hissəsindən, islah işləri cəzasına məhkum edilmiş 4 nəfər cəzanın çəkilməmiş hissəsindən və cərimə cəzasına məhkum edilmiş 7 nəfər cəzadan azad ediliblər.

Qeyd edək ki, əfv olunanlar arasında vətəndaş cəmiyyətinin fəalı Bəşir Süleymanov, \”Nida\” hərəkatının üzvü Orxan Əyyubzadə, Müsavat Partiyasının üzvü Şəhla Muxtarova, fəallar Ramil Vəliyev və Anar Qasımlı da var.

İnterpress.az