“Soyqırım” layihəsi Nümayəndələr Palatasındabackend

“Soyqırım” layihəsi Nümayəndələr Palatasında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türkiyə mətbuatına istinadən bildirir ki, Konqresdə erməni lobbisinin güclü dəstəkçilərindən olan, Respublikaçı Partiyadan millət vəkilləri Robert Dold və David Paladao ilə Demokrat Partiyadan millət vəkilləri Frank Pallone və Adam Schiff tərəfindən təqdim edilən layihə Obamanı 1915-ci il hadisələrini \”soyqırım\” olaraq tanımağa çağırır.

1915-ci il hadisələrinin 100-cü ildönümü olması səbəbiylə xüsusi əhəmiyyət daşıdığı vurğulanan və hər iki partiya üzvlərinin dəstəklədiyi layihə əvvəlcə Nümayəndələr Palatasının xarici işlər komitəsinin müzakirə və səsverməsinə təqdim ediləib. Nümayəndələr Məclisinin başçısı, respublikaçı John Boehnerin fikrincə, sənəd komitə tərəfindən təsdiqlənəcəyi halda Nümayəndələr Məclisi Baş Assambleyasının müzakirəsinə verilə bilər. Ancaq qərar layihəsi qəbul edilsə belə, məcburi xarakter daşımayacaq.

Demokrat Partiyadan olan Schiff qanuna dəstək verən bəzi millət vəkilləriylə Konqresin bağçasında mətbuat konfransı təşkil edib. Qanuna hazırda 46 millət vəkilinin dəstək verdiyini açıqlayan Schiff layihənin komitədəki taleyi ilə bağlı təxminlərini dilə gətirməyib.

İnterpess.az