Sumqayıtda 30 yaşlı qadın qətlə yetirilib – YENİLƏNİBbackend

Sumqayıtda 30 yaşlı qadın qətlə yetirilib – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda 30 yaşlı qadının qətli ilə bağlı keçmiş həyat yoldaşı saxlanılıb.

Şəhər Polis İdarəsi və Şəhər Prokurorluğu əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törədən şəxsin isti izlərlə müəyyən edilərək tutulması təmin edilib. Mərhumun keçmiş həyat yoldaşı Hüseynov Zaur İnqilab oğlu şübhəli şəxs qismində saxlanılıb.

14:37
***

Hadisə bu gün baş verib. Şəhər sakini, 30 yaşlı Esmira Şirbala qızı Hüseynovanın işlədiyi mağazanın qarşısında üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən şəxsin müəyyən edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, qətl baş verən yerin fotoları sosial şəbəkələrdə yayılıb. ( apa )

İnterpress.az