Sinqapurun ilk baş naziri vəfat edibbackend

Sinqapurun ilk baş naziri vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onun oğlu, hazırda ölkənin baş nazir olan Li Syan Lun ümummilli matəm elan edib. Matəm günləri martın 23-dən 29-na kimi davam edəcək. Vida mərasimi martın 25-dən 28-ə kimi parlament binasında keçiriləcək. Rəsmi dəfn mərasimi isə martın 29-da baş tutacaq.

Xatırladaq ki, Li Kyan Yu 1959-cu ildə Sinqapur müstəqilliyini elan etdikdən sonra onun ilk baş naziri olub və 31 il bu vəzifəni icra edib. O, geridə qalmış bir ölkəni güclü iqtisadi dövlətə çevirərək “Sinqapur iqtisadi möcuzəsi”nin yaradıcısı hesab olunur.

İnterpress.az