Bayram tonqalında 3 nəfər yanıbbackend

Bayram tonqalında 3 nəfər yanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlk hadisə martın 17-də-İlaxır çərşənbədə qeydə alınıb. Həmin gün tonqal ətrafında yanma ilə bağlı təcili yardıma 2 müraciət daxil olub. Onlardan 1-nə yerində ilkin yardım göstərilib, digəri isə Respublika Yanıq Mərkəzinə yerləşdiirlib.

Digər hadisə isə martın 20-də baş verib. Həmin gün təcili yardıma 1 müraciət daixl olub, yanıq xəsarətləri alan şəxs Respublika Yanıq Mərkəzinə çatdırılıb.

Bayram günlərində (martın 20-21-22-də) 9 avtoqəza hadisəsi ilə bağlı təcili yardıma müraciət daxil olub. Martın 20-də 1 avtoqəza (maşın vurma) baş verib və həkim hadisə yerinə çatana kimi ölüm qeydə alınıb. Martın 21-də 6 avtoqəza baş verib, nəticədə 7 nəfər zərər çəkib. Onlardan 5-i Klinik Tibbi Mərkəzə yerləşdirilib, 1-nə yerində tibbi yardım edilib, 1 nəfər isə həkim yanında ölüb. Martın 22-də isə baş verən 2 avtoqəzada zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Dəm qazından zəhərlənməyə gəlincə, bayram günlərində 6 hadisə ilə bağlı təcili yardıma müraciət edilib, 3 nəfər xəstəxanaya yerləşdirilib.

İnterpress.az