Konfransda Avropa, Asiya və Yaxın Şərq dövlətlərinin təmsilçiləri, Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun, İslam Əməkdaşlıq Təşkilatının və Avropa İttifaqının nümayəndələri iştirak edəcəklər.
Dünyanın 72 dövlətinin təmsilçisinin iştirak edəcəyi tədbirdə Azərbaycanı baş nazirin müavini, QMKİDK sədri Əli Həsənov təmsil edəcək. Ə. Həsənov konfransda çıxış edərək Suriya münaqişəsinə dair Azərbaycanın mövqeyini bildirəcək, ölkəmizin də Ermənistan tərəfindən işğala məruz qalmasını tədbir iştirakçılarının diqqətinə çatdıracaq.
Küveyt Əmirliyinə səfəri çərçivəsində Ə. Həsənovun bu dövlətin rəsmi şəxsləri ilə bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub.
İnterpress.az