Yanukoviçin böyük oğlu qardaşının ölümündən danışdıbackend

Yanukoviçin böyük oğlu qardaşının ölümündən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə o, “Komsomolskaya pravda” qəzetinə müsahibəsində deyib.

“Biz qardaşımı ona görə Krımda dəfn elədik ki, o, Krımı, ələlxüsus Sevastopolu çox sevirdi. Bundan əlavə, yarımadada bizim anamız yaşayır və ondan ötrü qardaşımın qəbrinə baş çəkmək asan olacaq” – deyib Aleksandr Yanukoviç.

Qardaşı Viktorun ölümü ilə bağlı bəzi təfərrüatları da danışıb: “Hadisə baş verən zaman qaranlıq olub. Viyta sükan arxasında gedərkən buz xırçıldamağa və çatlamağa başlayıb. Görünür, qardaşım düşünüb ki, daha uzağa – daha qalın buza doğru getmək lazımdır. Odur ki, maşını axıra kimi “çəkib aparıb”. Hamı tullanmağa macal tapıb, ondan savayı. O, dibə gedib, hərçənd sürücü qapısı artıq açıq olub. Qaranlıq, soyuq su…”

İnterpress.az