Akif Nağı ayaqlarını itirmiş döyüşçü ilə bağlı nazirə müraciət etdibackend

Akif Nağı ayaqlarını itirmiş döyüşçü ilə bağlı nazirə müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az -ın məlumatına görə, müraciətdə göstərilir:

“Ağdaş rayonu Qaraoğlan kənd sakini, I qrup Qarabağ müharibəsi əlili Həbibov Təhməz Bayram oğlunun ağır vəziyyəti ilə bağlı Sizə müraciət edirik. Təhməz Həbibov Qarabağ müharibəsində qəhrəmanlıqla vuruşub, dəfələrlə yaralanıb, ayağının hər ikisini müharibədə itirib, indi heç bir əmək fəaliyyəti ilə məşğul ola bilmir. İki oğlu var, əmək qabiliyyətlidirlər, amma iş tapa bilmirlər. Təhməz Həbibovun kənddə yaşadığı ev qəza vəziyyətindədir, yağış, qar nə yağırsa, başlarına düşür, ev hər an uça bilər. Vaxtilə ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maşın verilib, bu gün o maşın da yararsız vəziyyətdədir. Vətən yolunda sağlamlığını, ayaqlarını itirən bir şəxsin bu cür ağır, dəhşətli vəziyyəti Allaha da, bəndəyə də xoş getməz. Ona köməklik göstərmək ən böyük savab iş olar, köməklik etsəniz çox böyük savab qazanarsınız. Xahiş edirik ki, Təhməz Həbibova əlinizdən gələn köməkliyi göstərərsiniz. Xahiş edirik ki, Qarabağ əlilinə ev verilməsi, yeni ev verilənədək evinin təmir olunması, övladlarının işlə təmin olunması üçün təşəbbüs edəsiniz. Əlil Qarabağ döyüşçüsünün özünün və evinin vəziyyətini əks etdirən şəkilləri Sizə göstəririk”.

İnterpress.az