İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, Rusiyanın Başqırdıstan əyalətində 39 yaşlı ana həbs edilib. Belə ki, o, 5 yaşlı uşağına yemək əvəzinə yalnız saqqız yedizdirib, tərbiyəsi ilə heç məşğul olmayıb.
Araşdırma nəticəsində müəyyən olnub ki, uşaq antisanitariya şəraitində böyüyüb, yalnız saqqızla qidalanırmış.
Uşaq ananın əlindən alınaraq uşaq sığınıcaq mərkəzinə yerləşdirilib.
Həkimlərin nəzarəti altında olan uşaqda ameniya və bir çox xəstəliklər aşkarlanıb.
İnterpress.az