“Rusiyanın hərbi bazası Qırğızıstandan getməlidir”backend

“Rusiyanın hərbi bazası Qırğızıstandan getməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, bunu Qırğızıstanın prezidenti Almazbek Atambayev ilin sonunda mətbuat konfransı zamanı bildirib.
“Düşünürəm ki, biz “Qansi” bazasına aid düzgün addımlar atdıq. (“Qansi” ABŞ aviabazası Qırğızıstanın hava limanında yerləşirdi, ölkədən Atambayevin qərarı ilə çıxarılıb). Kiminsə xoşuna gələr və ya gəlməyə bilər. Üstündən 5 il keçdi və hamı anladı ki, bu düzgün qərar idi. Qırğızıstan yalnız öz gücünə güvənməlidir. Bu qərar Rusiya bazasına da aiddir. Müqavilə müddəti başa çatdıqdan sonra Rusiya bazası Qırğızıstan ərazisindən geri çəkiləcək. Əlbəttə, bu çoxunun xoşuna gəlməyəcək, amma mən bu fikrimi Putinə çatdırdım və o məni başa düşdü”-deyə, prezident jurnalistlərə bildirib.

İnterpress.az