Uşaq bağçalarında  müştərək maliyyələşmə tətbiq oluna bilərbackend

Uşaq bağçalarında müştərək maliyyələşmə tətbiq oluna bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov deyib:

“Biz artıq bazar iqtisadiyyatına keçmişik. Dövlət üzərinə sosial yükü götürüb. Bu da Prezidentin apardığı siyasətdir. Sosial yönümlü siyasət üstünlük təşkil edəcək.
Lakin bəzi xərclərin dövlətlə əhali arasında bölüşdürülməsi, eyni zamanda, həmin xərclərin düzgün, səmərəli həyata keçirilməsinə, ictimai nəzarətin tətbiqinə gətririb çıxarır. Hazırda pullu və dövlət büdcəsi hesabına maliyyələşən bağçalar var. Burada müştərək maliyyələşmə prinsipləri də tətbiq oluna bilər” –deyə o əlavə edib.

İnterpress.az