İnterpress.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən \”Report\”a verilən məlumata görə, Martin Ştaudinqer məktubunda Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət etdiyini bildirərək, işğal olunmuş ərazilərə qeyri-qanuni səfərinin həmin ərazilərin beynəlxalq hüquqa əsasən Azərbaycanın tərkib hissəsi olduğunu şübhə altına almadığını vurğulayıb.
O, Azərbaycan dövlətinin bu səfəri qanunsuz hesab etməsindən məlumatlı olduğunu qeyd edərək, buna görə üzr istədiyini bildirib.
Martin Ştaudinqerin media nümayəndəsi olmasını və müvafiq müraciətini nəzərə alaraq, onun adının arzuolunmaz şəxslər siyahısına daxil edilməməsinə dair qərar qəbul edilib.
İnterpress.az