Göyçay rayon Uşaq Xəstəxanasının şöbə müdiri Fazilov Rafael Mirsadiq oğlu özünü yaşadığı evdən asıb.
Sözü gedən xəstəxanadan AzNews.az-a məlumatı təsdiqləyiblər. Xəstəxanadan bildirilən məlumata görə, hadisə bu gecə baş verib:
“Fazilov Rafael uşaq həkimidir. Uzun illərdir ki, bu xəstəxanada işləyir. Ailəlidir, uşaqları var. Onun bu günə hər hansı bir psixoloji xəstəliyi olmayıb”.
Hazırda hüquq-mühafizə orqanları hadisə yerindədir.
Faktla bağlı Göyçay rayon Prokurorluğunda cinayət işi açılıb və araşdırmaya başlanılıb.
İnterpress.az