Kuba 36 müxalifətçini azad etdibackend

Kuba 36 müxalifətçini azad etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Kuba hakimiyəti 36 müxalif fəalı həbsdən azad ediblər. Siyasi məhbusların azad olunmasını ABŞ Kubayla münasibətlərin bərpa olunması üçün əsaslardan hesab edirdi.

AĞ Evin sözcüsü Kubanın bu addımı dəstəkləyərək bütün siyasi dustaqların azadlığa buraxılmasını gözlədiklərini bildirib. Rəsmi Vaşinqton Kubada 53 müxalif fəalın qaldığını deyir.

Xatırladaq ki bir ay qabaq ABŞ və Kuba 1961-ci ildən kəsilmiş diplomatik münasibətləri bərpa etmək istədiklərini bildirmişdilər. Bu il fevralın 21-də danışıqların ilkin mərhələsi başlayacaq. Öncə Vaşinqton və Hvanada səfirliklərin açılması barədə texniki məsələlər müzakirə olunacaq.

İnterpress.az