İnterpress.az Azərtac-a istinadən xəbər verir ki, Xorvatiyanın Vinkovtsi şəhərinin mərkəzində “Bubamara” təşkilatının təklifi, şəhər bələdiyyəsinin və HEP milli energetika şirkətinin dəstəyi ilə daun sindromlu insanların xidmət göstərdiyi kafe açılacaq.
“Bubamara” təşkilatının sədri Tomislav Veliç jurnalistlərə müsahibəsində deyib ki, Şotlandiya səfərində daun sindromlu insanların xidmət göstərdiyi kafedə olduğu zaman kafenin ictimaiyyət arasında böyük rəğbət qazandığını görərək eyni layihəni Xorvatiyada həyata keçirmək qərarına gəlib. Təşkilat sədri tezliklə əlillərin, fiziki və ya əqli qüsurlu insanların işlə təmin edilməsinə nail olunacağına və Xorvatiyanın digər şəhərlərində də buna bənzər yeni kafelərin açılacağına inandığını bildirib.
İnterpress.az