İnterpress.az xarici mətbuata istinadən bildirir ki, bu barədə qərar Ərəb Ölkələri Liqasının Şərmol Şeyxdə keçirilən sammitində qəbul ediləcək. Məqsəd ərəb ölkələrinin təhlükəsizliyini təmin etməkdir. Sammitdə husilərdən Yəməni tərk etmək və qanuni hakimiyyəti təhvil vermək tələb edilib. Ərəb ölkələri Səudiyyə Ərəbistanı başda olmaqla husilərə qarşı əməliyyatı dəstəkləyib.
İnterpress.az