İnterpress.az xəbər verir ki, belə bəyanatla Suriya prezidenti Bəşər Əsəd çıxış edib.
Əsəd CBS kanalına müsahibəsində qeyd edib ki, bu zərbələr lokal xarakterli bəzi uğurlar qazandırsa da, ümumilikdə İŞİD döyüşçülərinin sayının artması ilə nəticələnib.
Prezident qeyd edib ki, təkcə Suriyada bir ayda İŞİD döyüşçülərinin sayı 1000 nəfərə qədər artıb: “Eyni vəziyyətlə İraq və Liviya da üzləşir. Burada da İŞİD böyük ərazilərə nəzarət edir. Xüsusilə digər islam qruplaşmaları İŞİD-ə biət etdikdən sonra vəziyyət daha da gərginləşib”.
İnterpress.az