Rusiya sifariş etdiyimiz vaqonların ilk hissəsini göndəribbackend

Rusiya sifariş etdiyimiz vaqonların ilk hissəsini göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müqavilə imzalanan andan “Uralvaqonzavod”un mütəxəssisləri tərəfindən ilk olaraq 600 ədəd vaqon və 300 ədəd sistern üçün nömrələr alınıb.

Artıq 12-132 modelli yarımvaqonlar və 14-150-04 modelli sisternlərin ilk hissəsi istehsal edilib. Məlumata görə, iki həftədən sonra bu vaqonlar Azərbaycan ərazisində olacaq. Yaxın zamanlarda 7 adda yeni məhsul olan mühərrik tərkibinin modelləri üçün nömrələr veriləcək.

“Uralvaqonzavod” elmi-istehsalat korporasiyasının baş direktoru Oleq Siyenko vurğulayıb ki, bundan sonra sifariş tam yerinə yetiriləcək. O bildirib ki, “Uralvaqonzavod” Azərbaycan dəmir yolları üçün vaqon parkının genişlənməsi üçün proqram təqdim etməyə tam hazırdır.

“Uralvaqonzavod”un baş direktoru şəxsən azərbaycanlı tərəfdaşlar üçün vaqon yığımı həyata keçirilən müəssisədə baxış keçirib. Qonaqlara vaqonların mərhələli şəkildə istehsalı barədə tam məlumat verilib. Bundan başqa, onlara ümumi uzunluğu 800 metr olan dünyanın ən böyük rənglənmə sexini göstəriblər.

Qeyd edək ki, avtomatlaşdırılmış istehsal xətti 5 il bundan əvvəl tam olaraq istehsalata buraxılıb və ən müasir avadanlıqlarla təchiz olunub. Belə ki, bir vaqonun əvvəldən axıra kimi rənglənməsinə 16 saat sərf olunur. Bir il ərzində isə istehsal xəttində 16 min ədəd vaqon rənglənə bilər.

Xatırladaq ki, Azərbaycan qarşıdakı 3 il ərzində Rusiyadan 14 min vaqon alacaq.

İnterpress.az