İsveç kraliçasi: “Sarayımda kabuslar var”backend

İsveç kraliçasi: “Sarayımda kabuslar var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, ölkənin Drottningholm şəhərindəki sarayını \”bir qrup dostları və kabuslarla\” bölüşdüyünü söyləyən kraliça, \”Əslində, həyəcanvericidir, məni qorxutmurlar\” deyib.
Drottningholm, kraliça Silvia və Kral XVI Gustavın daimi olaraq yaşadığı yerdir.

SVT televiziya kanalının hazırladığı \”Drottningholm Sarayı: Kral evi\” sənədli filminin prodüserinə müsahibə verən Kraliça Silvia, \”Sarayda bəzən tamamilə tək olmadığınızı hiss edirsiniz. Amma kabuslar olduqca dostcasınadır\” deyir.

Drottningholm sarayı 17-ci əsrdə inşa edilib

73 yaşlı kraliçanın kabus iddialarına bacısı şahzadə Kristina da dəstək verib.
Şahzadə Kristina, \”Sarayda çox böyük bir enerji var. Bu enerjinin müxtəlif formalara görünməməsi qəribə olardı\” deyib.

Kral ailəsinin kabus iddiaları İsveç mətbuatında istehza mövzusu olub.
İsveçin Local adlı xəbər saytı \”Cəsur kabus ovçularını vəzifəyə çağırırıq! Saraya gedin və bu iddiaların ardınca düşün\”! deyə çağırış edib.

Saytın xəbərində \”Drottningholm Sarayı il boyu ziyarətçilərə açıqdır. Yalnız Kral ailəsi – və onların kabus dostlarının – yaşadığı hissəyə girə bilməzsiniz\” deyilir.

40 il əvvəl kral Karl ilə evlənən Kraliça Silvia İsveç taxtında ən uzun müddət qalan şəxsdir (bbc)

İnterpress.az