İnterpress.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, saxlanılan polis əməkdaşı Sercan Başar və iş adamı Enes Asım Silin FETÖ terror təşkilatına üzv olmaqda şübhəli bilinir.
Sercan Başarın rusiyalı diplomatı qətlə yetirən Mövlud Mərd Altıntaşla əlaqəsi olduğu müəyyənləşdirilib. Hər iki şəxsin Sincan həbsxanasına göndərildiyi bildirilir.
Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada sərgidə çıxış edərkən polis əməkdaşı Mövlud Mərd Altıntaş tərəfindən qətlə yetirilib.
İnterpress.az