“Azəriqaz”dan qarlı hava ilə bağlı açıqlamabackend

“Azəriqaz”dan qarlı hava ilə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu açıqlamasında \”Azəriqaz\” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev bildirib.

Onun sözlərinə görə, hazırda tələbata uyğun qazın verilişi təmin olunur: “Qəza halları baş verərsə, “Azəriqaz”ın Təmir-Tikinti İdarəsi lazımı alət-avadanlıqla tam təchiz olunub ki, problem dərhal aradan qaldırılsın. Ancaq hazırda hava şəraiti ilə əlaqədar heç bir təmir işləri aparılmır”.

İ. Kərbəlayev bildirib ki, təbii qazın verilişində də artım var: “Bu gün ötən günə nisbətdə qaz sərfiyatında 1 mln. 150 min kubmetr artım var. Təbii ki, havalar soyuduqca təbii qaza tələbat da artır, tələbat artdıqca da sərfiyyat artıq olur”.

İnterpress.az