İnterpress.az xəbər verir ki, bu barədə İngiltərdə nəşr olunan “The Times” jurnalı yazıb.
İlin əvvəlindən Amerikanın “Nymex” birjası iyun ayı üçün neft müqavilələri üçün minumum limiti 20 dollar müəyyən edib.
Hazırda dünyada neft hasilatı gündəlik 13 milyon barelə çatıb. Yanvarın 13-nə Brend markalı neft 45,19 dollara qiymətləndirilib ki, bu da son 6 ilin rekordunu deməkdir.
Analitiklərin fikrincə, Brend markalı neftin qiymətinin aşağı düşməsi Avropa iqtisadiyyatının zəifləməsini göstərir.
“Goldman Sachs” Bankı 2015-ci il üçün neftin minimum qiymətini 20 dollar proqnozlaşdırıb. Bankın analitiklərinin fikrincə, bu il Brend neftinin orta qiyməti 50,4 dollar, 2016-cı ildə isə 70 dollar (Bankın əvvəlki pronozu 83,8 və 90 idi) təşkil edəcək. Amerikanın WTI nefti üçün isə 2015-ci ildə 47,1 dollar və 2016-cı ildə 65 dollar proqnozlaşdırılıb.
ABŞ-ın “Merrill Lynch” Bankı isə Brend markalı neftin 40 dollara qədər ucuzlaşacağını ehtimal edir. Analitiklərin fikrincə, bu, neft hasilatının məhdudlaşdırılmasına səbəb ola bilər.
İnterpress.az