İnterpress.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Şirxax qəsəbəsinə gedən yolda qeydə alınıb.
Belə ki, \”VAZ-2106\” markalı iki minik avtomobili toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü ağır xəsarətlər alıblar. Yaralılar xəstəxanaya çatdırılsa da, onlardan biri ölüb.
Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.
İnterpress.az