Azərbaycan prezidenti Ermənistanı təşvişə salan silahlara baxış keçirdibackend

Azərbaycan prezidenti Ermənistanı təşvişə salan silahlara baxış keçirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə naziri Zakir Həsənov dövlət başçısına raport verib. Dövlət başçısı döyüş texnikası parkında hərbi texnikaya baxıb. Ali Baş Komandana əməliyyat-taktiki raket kompleksi olan “POLONEZ” barədə məlumat verilib. Onun maksimal atış uzaqlığı 300 kilometrə qədərdir. Raketin çəkisi 780 kiloqram, döyüş başlığı hissəsinin çəkisi 140 kiloqram, zərərvurma radiusu isə 80 metrdir. “POLONEZ”in maksimal uçuş müddəti saniyədə 310 metr, atışa hazırlıq vaxtı 10 dəqiqə, istismar müddəti isə 10 ildir. Bir döyüş maşınında 8 raket olur. Bu kompleks düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunların əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurulması üçündür. Bundan başqa, kompleks vasitəsilə dənizsahili istiqamətlərdə düşmən donanmasının yerləşmə məntəqələri dağıdılır və onun döyüş gəmiləri məhv edilir.

Əməliyyat-taktiki raket kompleksi olan “LORA” da “POLONEZ” kompleksi kimi döyüş zamanı eyni məqsədlər üçün istifadə edilir. Maksimal atış uzaqlığı 300 kilometrdən artıq olan bu kompleksin raketinin çəkisi 1580 kiloqram, döyüş başlığı hissəsinin çəkisi isə 240 kiloqramdır. Raketin zərərvurma radiusu 100 metr təşkil edir. Bir döyüş maşınında 4 raket olur. Onların maksimal uçuş müddəti saniyədə 300 metrdir, atışa hazırlıq vaxtı 13 dəqiqə, istismar müddəti 10 ildir. Həm “POLONEZ”, həm də “LORA” kompleksləri GPS və İNS sistemləri ilə idarə olunur. İnterpress.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan prezidenti Ermənistanı təşvişə salan silahlara baxış keçirdi

Azərbaycanın özünün hərbi arsenalını gücləndirməsi Ermənistanda narahatlıq yaradıb. Düşmən ölkənin mediası Azərbaycan prezidentinin Rusiya səfəri öncəsi hərbi hissəyə baş. çəkməsinin, alınan hərbi texnika və silahlara baxış keçirməsini məqsədli hesab edib. İddia olunub ki, Azərbaycan bu yolla Rusiya görüşləri ərəfəsində psixoloji və siyasi təzyiq etməyə çalışır. Ermənilər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Rusiya və Belorusun Azərbaycana silah satmasından da ciddi şəkildə narahat olduqlarını biruzə verməkdədirlər. Bu mənada Belorusdan alınan “POLONEZ” və Rusiya ilə aparılan “Terminator”dan xüsusi bəhs olunub. “Şübhə etmirəm ki, Azərbaycan lazımi məbləği təklif etsə, alış baş tutacaq” erməni müəllif yazır. “Ən ağrılısı budur ki, bizim düşmənimizi ən yaxın müttəfiqimiz silahlandırır”-Arkadiy Qriqoryan əlavə edib.

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov “Yeni Müsavat”a açıqlamasında Azərbaycanın siyasi-hərbi rəhbərliyinin müxtəlif tədbirlərdə və görüşlərdə dəfələrlə açıq şəkildə bəyan etdiyi fikirlərini xatırlatdı: “Bildirilib ki, nə qədər ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin edilməyib, biz ən müasir silah-sursatın alınmasını davam etdirəcəyik. Ali Baş Komandan kimi İlham Əliyevin əməliyyat-taktiki raket (ƏTR) kompleksi olan ”POLONEZ\” və digər müasir silahlarla təchiz olunmuş hərbi hissəyə baş çəkməsi də bir daha onu sübut etdi ki, bu proses davamlıdır. İnşallah yaxın günlərdə həm işğalçı Ermənistan, həm də havadarları hərbi paradda digər daha yeni və müasir avadanlıqlarla qismən də olsa, tanış olmaq imkanı əldə edəcəklər\”.

Azərbaycan prezidenti Ermənistanı təşvişə salan silahlara baxış keçirdi

Ü.Cəfərov hesab edir ki, hərbi arsenalımıza yeni silahların daxil edilməsi həm də işğalçıya xəbərdarlıqdır: “Artıq bu silahlar Azərbaycan Silahlı Qüvvələrinin istifadəsindədir və istənilən an döyüş tapşırığını yerinə yetirmək üçün hazır vəziyyətdədirlər. Atış uzaqlığı 300 kilometr olan bu ƏTR kompleksi yəqin ki, onsuz da böyük təşviş içində olan Ermənistanın və havadarlarının yuxusuna haram qatmış olacaq. Biz bu tip silahları sadəcə təlimlər və məşqlər üçün əldə etməmişik. Onlardan mütləq istifadə olunacaq. Sözsüz ki, buna zərurət yaranacağı təqdirdə. Bildiyim qədər mütəxəssislərimiz artıq bu kompleksi ən yüksək səviyyədə mənimsəyib, bəzi test sınaqlarını da həyata keçiriblər. Özü də, bu kompleksdən bir neçəsi alınıb və inanıram ki, bu müasir silah da ordumuzun döyüş qabiliyyətinə daha da çox təsir göstərəcək. Yəqin ki, dünənə kimi öz mifik ”İskəndər-M\”-ləri ilə bizə az qala gecə-gündüz hədyanlar səsləndirən ermənilərin “qazı” bir qədər azalacaq. Əslində isə, rəsmi İrəvanın istifadəsində adını çəkdiyim raket kompleksindən yoxdur. Onun daha zəif, daha köhnə “E” modeli var, onları da rus mütəxəssislər idarə edirlər\”.

Hərbi ekspert İrəvanın bu prosesi təşvişlə müşahidə etdiyinə şübhə etmir: “Ermənistanın hazırkı siyasi-hərbi rəhbərliyi bundan sonra Rusiya və Belorusun müxtəlif hərbi-sənaye idarələrin qapısına düşəcək ki, heç olmasa, o silahdan bir neçəsini təcili əldə edə bilsinlər. Ötən günlərdə, Belorus prezidenti Aleksandr Lukaşenko ilə Ermənistanın yeni siyasi-hərbi rəhbərliyinin görüşündə, bu məsələ də müzakirə edilmişdi. Amma hələ ki, konkret bir nəticə yoxdur, ola bilsin ilin sonuna hansısa razılaşma əldə edilsin. Bu isə xeyli vaxt deməkdir. Hazırda isə, bütün parametrlər üzrə Silahlı Qüvvələrimiz düşmən ölkənin ordu birləşmələrini həm say baxımından, həm də keyfiyyət, müasirlik baxımından geridə qoyur”.

Ü.Cəfərov qeyd etdi ki, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı savaş ehtimalı günbəgün daha da artır: “Ona görə də biz silahlanma istiqamətində növbəti addımlar atmağa məcburuq. Bu il daha bir neçə müasir silah və sursatın ordunun arsenalına daxil edilməsi planlaşdırılır. Bu, artıq Belorusun deyil, daha uzaq və inkişaf etmiş ölkələrin modern və müasir hərbi avadanlığı olacaq”.

İnterpress.az