Fuad Muradov Gürcüstanda ağsaqqallarla görüşübbackend

Fuad Muradov Gürcüstanda ağsaqqallarla görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu gün Gürcüstan Azərbaycanlıları Ağsaqqalar Şurasının üzvləri ilə görüşüb.

DİDK-dən İnterpress.az-a verilən məlumata görə, görüş Azərbaycanın Gürcüstandakı səfirliyində keçirilib. Çıxışlarda Azərbaycan-Gürcüstan münasibətləri, din, dil, təhsil problemlərinə toxunulub və fikir mübadiləsi aparılıb.

Komitə sədri cəmiyyətin əsas fikir daşıyıcıları olan ağsaqqallarla görüşün əhəmiyyətini qeyd edib. Səfir Dursun Həsənov Azərbaycan dövlətinin xarici siyasəti, Gürcüstan Azərbaycan münasibətləri barədə məlumat verib.

Fuad Muradov Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana və bu ölkədə yaşayan azərbaycanlılara xüsusi diqqət deyib, soydaşlarımızı iki ölkə arasında münasdibətlərin inkişafında daha fəal olmağa çağırıb, bu işdə ağsaqqaların, ümumiyyətlə ziyalıların, elm adamlarının xüsusi rolu olduğunu diqqətə çatdırıb.

Görüşdə Ağsaqqallar Şurasının sədri İsaq Novruzov, \”Gürcüstan\” qəzetinin redaktoru İslam Əliyev və başqaları çıxış ediblər.

İnterpress.az