İnterpress.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O qeyd edib ki, Ermənistan XİN-in mətbuat katibinin sayəsində Avropa Şurası kuluarlarında T.Yaqland barədə hər kəsə bəlli olan bütün ictimaiyyətə məlum oldu:
\”Artıq iş o həddə çatıb ki, deyəsən, Avropa Şurasının baş katibi Ermənistan XİN-ə onun dilindən danışmağa vəkalət verib. Nəhayət, bütün maskalar yırtıldı\”.
Qeyd edək ki, bir qədər əvvəl Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan T.Yaqlandın rəsmi Bakının AŞ-də üzvlüyünün dayandırılması prosesinə təşəbbüs göstərdiyini bildirib.
İnterpress.az