Belarusun paytaxtı Minskdə Azərbaycan və Belarus xarici işlər nazirləri – Elmar Məmmədyarovla Vladimir Makey arasında görüş keçirilib.
İnterpress.az xəbər verir ki, görüş zamanı nazirlər ölkələr arasında mövcud olan strateji və dostluq münasibətlərini, həmçinin ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarusun paytaxtı Minsk şəhərində rəsmi səfərdədir.
E.Məmmədyarov 21-22 iyun tarixlərində Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək \”Şərq Tərəfdaşlığı\” ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək.
Səfər çərçivəsində nazir E.Məmmədyarovun çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.
İnterpress.az