Avropa Türk Konfederasiyasının rəsmiləri \”Qurban bayramı – 2018\” adlı proqramı çərçivəsində Azərbaycana səfərə gəlib.
İnterpress.az xəbər verir ki, səfər zamanı Avropa Türk Konfederasiyasının rəsmisi Erdoğan Aktaş Azərbaycan Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı ilə görüşüb.
Görüşdə ATK VƏ ATEV-in birgə əməkdaşlıq məsələləri müzakirə olunub.
Eyni zamanda, hər iki təşkilatın gələcəkdə də bütün türk dünyası üçün birlikdə çalışacaqları önə çəkilib.
Görüş zamanı E.Aktaş ATK-nin Genel Başkanı Cemal Çetinin salamlarını ATEV sədrinə çatdırıb.
Sonda ATK rəsmisi Tənzilə Rüstəmxanlı ilə xatirə fotosu çəkdirib.
İnterpress.az