Avropada yaşayan azərbaycanlılar Angela Merkelin səfərini alqışlayırlarbackend

Avropada yaşayan azərbaycanlılar Angela Merkelin səfərini alqışlayırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səfər ərəfəsində Almaniyada yaşayan azərbaycanlılar xanım Merkele müraciət edərək ölkələrimiz arasında münasibətlərin tarixinə kiçik ekskurs edib, qarşlıqlı iqtisadi əlaqələrin inkişafı, ticarət dövriyyəsi, mədəni əlaqələrin bu günkü mənzərəsi barədə fikirlərini bildirib, bundan sonrakı əməkdaşlığımızın daha yüksək keyfiyyət nöqtəsinə çatacağına inandıqlarını bəyan ediblər.

Olduqca müsbət haldır ki, sağlam düşüncəyə sahib olan soydaşlarımızın Merkelin bölgəyə səfəri, dövlətlərimiz arasında münasibətlərin bu günkü səviyyəsi, Dağlıq Qarabağ münaqişəsinin həllində Almaniyanın nizamlayıcı rolu və s kimi mühüm məsələlərlə bağlı fikirlərinin əks olunduğu yazılar Almaniya mətbuatında geniş yer alıb. Yazılarda Almaniya-Azərbaycan münasibətlərinin istiləşməsindən ehtiyat edən, Azərbaycanı sevməyən, ermənipərəst qüvvələrin maliyyələşdirdiyi bəzi qrupların Almaniya Kansleri Merkelin Azərbaycana səfərinin əhəmiyyətinə kölgə salmaq cəhdlərindən də bəhs edilir. Dərc olunan yazıda qeyd olunub ki, kiçik təxribatçı “qruplar”ın nümayiş etdirdikləri mövqenin vətənpərvər, dövlətlərimiz arasında münasibətlərin davamlı və möhkəm olmasında maraqlı olan azərbaycanlıların mövqelərinə heç bir aidiyyatı və təsiri yoxdur.

İnterpress.az