Parlament rəhbərləri Azərbaycana dəvət olundubackend

Parlament rəhbərləri Azərbaycana dəvət olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Trend-ə bildirib ki, spikerlər sentyabrın 20-də Milli Məclisin yaranmasının 100 illik yubileyi ilə əlaqədar parlamentin xüsusi iclasında iştirak etmək üçün dəvət edilib.

A.Təvəkküloğlu qeyd edib ki, bundan sonra da bir sıra ölkələrin parlament rəhbərlərinə dəvətnamələr göndəriləcək:

“Yəni proses hələ davam edir. Hansı ölkələrin parlament spikerlərinin gəlib-gəlməyəcəyi barədə indidən nəsə demək çətindir”.

Parlament rəsmisi vurğulayıb ki, hazırlıq prosesi yekunlaşdıqdan sonra bu barədə ətraflı məlumat veriləcək.

İnterpress.az