İnterpress.az bildirir ki, T.Qreminger Bakıya sentyabrın 12-də gələcək. Səfər zamanı Azərbaycanla ATƏT arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, ATƏT-in baş katibi Tomas Qreminger bu gün İrəvana gedəcək. Səfər çərçivəsində Ermənistanın Baş nazir Nikol Paşinyan, xarici işlər naziri Zoqrab Mnatsakanyan, parlamentin spikeri Ara Babloyanla görüşü nəzərdə tutulub.
İnterpress.az