“Azərbaycan-Xorvatiya əlaqələri genişlənir, inkişaf edir” – Vüqar Rəhimzadəbackend

“Azərbaycan-Xorvatiya əlaqələri genişlənir, inkişaf edir” – Vüqar Rəhimzadə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu AzNews.az-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

V.Rəhimzadə bildirib ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu xarici siyasət xalqımızın, dövlətimizin milli maraqlarına xidmət edir: “Bir zamanlar Azərbaycan Avropa ölkələri ilə sıx münasibətlər qurmağa can atırdı. Artıq bu gün Avropa İttifaqı, həmçinin quruma üzv olan ölkələr Azərbaycanla əməkdaşlığa can atırlar. Bu maraq siyasi, iqtisadi, sosial, mədəni və s. sahələrdə özünü büruzə verir. Bu gün Avropa dövlətləri ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan dünyamiqyaslı “Cənub Qaz Dəhlizi” layihəsinə böyük maraq göstərir və dəstək verirlər. Bununla yanaşı, Avropa ölkələri ilə Azərbaycan arasında digər sahələri əhatə edən əlaqələr uğurla inkişaf edir.”

“İki sahil” qəzetinin baş redaktoru qeyd edib ki, bu günlərdə Azərbaycan Prezidentinin Xorvatiyaya rəsmi səfəri, əldə olunan razılaşmalar ölkəmizin artan nüfuzunun, siyasi çəkisinin göstəricisidir: “Bu gün Azərbaycanla Xorvatiya arasında strateji tərəfdaşlıq əlaqələri mövcuddur. Bu əlaqələr günbəgün genişlənir, inkişaf edir. Xüsusi olaraq vurğulamaq lazımdır ki, səfər zamanı imzalanan sənədlər ölkələrimiz arasındakı ticarət dövriyyəsinin artmasına, investisiya layihələrinin daha geniş şəkildə icrasına təkan verəcək. Səfər çərçivəsində keçirilən görüşlərdə, həmçinin əczaçılıq, kənd təsərrüfatı məhsullarının emalı, gəmiqayırma və digər sahələr üzrə əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.”

İnterpress.az