Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi Tomas Qremingerin Azərbaycana səfəri başlayıb.
İnterpress.az xəbər verir ki, o, bu gün bır sıra rəsmi görüşlər keçirəcək.
Baş katib Azərbaycanla ATƏT arasında əməkdaşlıq məsələlərini müzakirə edəcək.
T.Qreminger həmçinin ADA Universitetində mühazirə oxuyacaq.
İnterpress.az