İnterpress.az Türkiyə mətbuatına istinadən bildirir ki, evinə qayıdan İŞİD-çı “Əmir gəldi, bu sənindir, kəsəcəksən” dedi. “Kəsə bilmərəm dedim, dostlarıma baxdım, sonra qəbul etdim. Adamı əhalinin arasına apardıq. Baçını kəsdim” deyə soyuqqanlı halda deyib.
Başını kəsdiyi kürd peşmərgənin qolunda Abdullah Öcalanın döyməsi olduğunu deyən İŞİD-çi başını kəsdiyi şəxsin son sözlərini də anladıb: “Başını kəsdiyim peşmərgə dedi ki, öləcəyəm, amma gözüm açıq gedirəm. Onun son arzusu Abdullah Öcalanı görmək imiş”.
Adı açıqlanmayan türkiyəli döyüşçü İraqda qaldığı 9 ay boyunca “kəlləçi” ləqəbi ilə tanındığını deyib.
Qadınlarn bazarda satılması xəbərlərinə də münasibət bildirən keçmiş döyüşçü “5 ay Rakkada qaldım. Amma bazarda bir qadın görmədim. Cariyə bazarı var. Ancaq bu bir evdir. Gedirsən, bəyənirsən, pulunu verib alırsan. İmam nikahını kəsdirirsən və həmin qadın sənin himayəndədir. Bundan sonra istərsən azad et, istərsən birinə hədiyyə ver” deyə qeyd edib.
İnterpress.az