Havanın temperaturu gecə 20-23, gündüz 27-32 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 757 mm civə civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti təşkil edəcək.
İyulun 20-də əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 29-34, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti olacaq.
İnterpress.az