“Oğru dünyası”nda yeni müharibə: azərbaycanlılar kimin tərəfini tutacaq?backend

“Oğru dünyası”nda yeni müharibə: azərbaycanlılar kimin tərəfini tutacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 14 il həbsə məhkum edilən “oğru”nun vaxtından əvvəl azadlığa çıxmasının motivləri məlum deyil.

Laşa Rustavski 2012-ci ilin yanvarında Afina yaxınlığındakı istirahət mərkəzlərindən birində saxlanılıb. Buna səbəb İspaniya hüquq-mühafizə orqanlarının həbslə bağlı tələbi olub. İspaniyada mütəşəkkil cinayətkarlıqda ittiham edilən Laşa Rustavskinin İspaniyaya ekstradasiyası gözlənilsə də, bu baş verməyib.

İspan mətbuatı Rustavskinin həbsdən yayınması üçün polisə 800 min avro rüşvət verdiyini yazıb.

Rüstavskinin həbsdən çıxmasından sonra kriminal aləmdə yeni müharibənin başlayacağı ehtimalı çox yüksəkdir. Belə ki, kriminal aləmin “xaç atası” adına iddialı olan Şakro Molodoya qarşı Yunanıstanda güclü ittifaq yaranıb. “Oğru dünyası”nda islahatlar etmək niyyətini bəyan edən Şakro Molodoya qarşı yaranan ittifaqda Laşa Rustavskinin tərəfdarları arasında azərbaycanlı “oğru”ların da olduğu bildirilir. Xüsusilə hazırda 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Lotu Qulinin adı çəkilir. Şakro Molodoy həbsdən çıxandan sonra Lotu Quli ilə münasibətlərinin kəskinləşdiyi, Nadir Səlifovun Türkiyədə “taclandırılan” qardaşı Namik Səlifovun statusunun əlindən aldığı vurğulanır. Lotu Quli ilə münasibətləri gərgin olan Rövşən Lənkəranskinin isə bu müharibədə Şakro Molodoyu dəstəkləyəcəyi bildirilir. Şakro Molodoy bu ilin yanvarında Ermənistanda keçirilən “sxodka”da Rövşən Lənkəranskinin statusdan məhrum edilməsinə qarşı çıxıb. İndi isə dəstək növbəsi Rövşən Lənkəranskidədir.

İnterpress.az