İstanbulda Gəzi Polis Mərkəzinin önünə gələn şəxsiyyəti naməlum insanlar binaya avtomat silahla atəş açaraq qaçıblar.
Hücumda ölən, ya da yaralanan olmayıb.
***
İnterpress.az Türkiyə mətbuatına istinadən bildirir ki, Sultanqazidə yerləşən polis bölməsinə naməlum şəxslər hücum edib. Hadisə yerli vaxtla səhər saat 09.30-da baş verib.
İlkin məlumatlara görə, polis mərkəzinin divarlarına 10 mərmi dəyib. Olaydan sonra polis bölgədəki təhlükəsizlik tədbirlərini gücləndirib.
Əraziyə helikopterdən nəzarət edilir.
İnterpress.az