Suruç terrorunda Rusiya izibackend

Suruç terrorunda Rusiya izi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Şanlıurfanın Suruç rayonunda baş verən intihar hücumundan sonra polis araşdırmalarını diqqətlə davam etdirir.

32 adamın həyatını itirdiyi, 100-dən çox adamın da yaralandığı bombalı hücumdan sonra təhlükəsizlik kameraları görüntülərini araşdıran polis müəyyən faktlar əldə edib.

İstifadə edilən patlayıcının Rusiya istehsalı olan TNT olduğu müəyyən olunub. Mövzuyla əlaqədar Ankaradan da xüsusi bir qrup Şanlıurfaya göndərilib.

Təhlükəsizlik qrupuları canlı bombanın hadisə yerinə gəldiyi zaman müsahidəçilərinin ola biləcəyi ehtimalını nəzərə alaraq axtarışlarını davam etdirir.

İnterpress.az