İnterpress.az bu vergilərdən bəzilərini təqdim edir.
1. Təkər izi vergisi – Bir dövr Avropada alınan bu verginin mahiyyətini təkər izi təşkil edirdi. Hətta öküz arabalarından belə alındığı söylənilir.
2. Şapka vergisi – Son olaraq 1784-cü ildən 1811-ci ilə qədər İngiltərədə alınan bu vergi insanların şapka taxdığı üçün ödəmək məcburiyyətində olduqları vergi növü idi. Hər fərdin gəliriylə düz mütənasib bir dəyərdə şapka taxdığı və o nisbətdə vergi ödədiyi deyilir.
3. İkinci ər vergisi – İspaniyada 14-cü əsrdə alınan bu vergini ikinci evliliyini edən qadınlar ödəyirdi.
4. Parik vergisi – Venesiyada 15-ci əsrdə bu verginin alınmasına səbəb başı keçəl olanların bunu gizlətmək üçün daha çox parikdən sitifadə etməsi olub. Bu halın artdığını görən hökumət vergi tətbiq edib.
5. Saqqal vergisi – Rus çarlığında yaşasaydınız və bir də saqqallı olsaydınız, bu vergini ödəməyi gözə almalıydınız.
6. Baca vergisi – Yenə 18-c əsrdə Polşada alınan bir vergi növü olan baca vergisi də axmaq vergilər kateqoriyasına daxildir. Hətta polşalı vətəndaşların sırf bu vergini ödəməmək üçün bacalarını sokdükləri də deyilir.
7. Bığ vergisi – Uruqvayda qısa bir müddətə etibarlı olan vergi də maraqlı vergilər arasında yerini almaqdadır. 1867-ci ildə kişilərdən alınan bığ vergisinin miqdarı bığın santimetrinə görə dəyişməkdə idi. Bığın hər sm-i üçün 2 peso alınırdı, lakin xalqdan olduqca sərt reaksiyalar gəldiyinə görə qısa müddət sonra ləğv edilmişdi.
8. Döyüşdən geri çəkilmə vergisi – Kral I Henri tərəfindən qoyulan bu verginin tək məqsədi ölkənin gəlir qaynağını artırmaq idi. Bu, döyüş əsnasında geri çəkilməyi və ya kral üçün savaşmamağı gözə alan sahələrdən alınan vergi növü idi. Bu verginin 300 % artım edilərək alındığı zamanlar olub. Hətta döyüş olmadığı zamanlarda, əsgərlər döyüşmədikləri halda bu vergini ödəmə məcburiyyətində qalıblar.
İnterpress.az