Suriyada bir gündə 18 nəfər öldübackend

Suriyada bir gündə 18 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyanın Hələb şəhərinin Bab rayonuna bağlı Kadr Brec kəndinə həyata keçirilən hava hücumu zamanı 18 mülki vətəndaş ölüb, 35 nəfər yaralanıb. Onların arasında qadın və uşaqlar da var.

İnterpress.az-ın Türkiyə mətbuatına istinədən verdiyi xəbərə görə, bu barədə Suriya Ali İnqilab Şurası məlumat yayıb.
Məlumatda Bəşşar Əsədə bağlı qüvvələrə məxsus helikopterin İŞİD terror qruplaşmasının nəzarəti altında olan kəndə 4 bomba atdığı qeyd olunub.

İnterpress.az